23 oktyabr 2024. Çərşənbə

Kayrat erməni futbolçusunu Bakıya gətirməyəcək


Kayrat erməni futbolçusunu Bakıya gətirməyəcək

Qazaxıstanın “Kayrat” komandasının erməni futbolçusu Kamo Ohanesyan “Qarabağ”a qarşı Avropa Konfrans Liqasının qrup oyunu üçün Bakıya gətirilməyəcək.

Corner.az xəbər verir ki, bu barədə Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, Almatı təmsilçisinin “Qarabağ”a göndərdiyi siyahıda 29 yaşlı müdafiəçinin adı yoxdur. (Report)

Oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kayrat” matçına saat 20:45-də start veriləcək.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda