5 may 2026. Çərşənbə axşamı

Kayrat klubunda Qarabağ'la oyundan əvvəl qalmaqal


Kayrat klubunda Qarabağ'la oyundan əvvəl qalmaqal

Qazaxıstanın "Kayrat" komandasının baş məşqçisi Kurban Berdıyevlə oyunçular arasında narazılıq yaşanıb.

Corner.az Rusiyanın "Championat" nəşrinə istinadən xəbər verir ki, oyunçular 69 yaşlı mütəxəssisdən daha çox şey gözlədiklərini bildirib.

Onlar baş məşqçinin müdafiə futbolu oynatmasını qəbul edə bilmirlər. Futbolçular hətta autsayderlərlə görüşlərdə də belə oyun üslubunun seçilməsindən narazı qalıblar.

Qeyd edək ki, "Kayrat" UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda "Qarabağ"ın qonağı olacaq. Qarşılaşma oktyabrın 21-də gerçəkləşəcək.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi