23 oktyabr 2024. Çərşənbə

Qarabağ'ın rəqibi ulduz futbolçusu ilə yollarını ayırır


Qarabağ'ın rəqibi ulduz futbolçusu ilə yollarını ayırır

Qazaxıstanın "Kayrat" klubu ulduz futbolçusu Vaqner Lavla cari mövsümün sonunda yollarını ayıracaq.

Corner.az "Sports.ru" saytına istinadən xəbər verir ki, Almatı təmsilçisinin məşqçilər korpusu 37 yaşlı hücumçunu planlarında görmür.

Baş məşqçi Kurban Berdıyev bu səbəbdən, braziliyalı futbolçunu yalnız bir oyunda 90 dəqiqə meydanda şans verib.

Türkmənistanlı mütəxəssis gələn il 38 yaşı olacaq Lavın yeni mövsüm ərzində istədiyi oyunu göstərə bilməyəcəyini düşünür.

Qeyd edək ki, "Kayrat" UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda "Qarabağ"ın qonağı olacaq. Qarşılaşma oktyabrın 21-də gerçəkləşəcək.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda