2 may 2026. Şənbə

Qarabağ'ın rəqibində rəhbərlikdən baş məşqçiyə tam dəstək


Qarabağ'ın rəqibində rəhbərlikdən baş məşqçiyə tam dəstək

Qazaxıstanın “Kayrat” klubunun rəhbərliyi komandanın baş məşqçisi Kurban Berdıyevə güvənir.

Corner.az xəbər verir ki, bu barədə Almatı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, rəhbərliyin baş məşqçi Berdıyevi tam dəstəklədiyi bildirilib.

Bir müddət əvvəl Qazaxıstan mətbuatında yayılan xəbərə görə, “Kayrat”ın futbolçuları Berdıyevin oyun sistemini – müdafiə futbolunu bəyənmir. Bu səbəbdən, futbolçularla baş məşqçi arasında narazılıq olduğu bildirilib.

“Qarabağ” Konfrans Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində oktyabrın 24-də Bakıda “Kayrat”la qarşılaşacaq.

Ağdam təmsilçisi yer aldığı A qrupunda 4 xalla liderdir.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi