23 oktyabr 2024. Çərşənbə

Kayrat'ın futbolçusu Qarabağ'la oyundan öncə sıraya döndü


Kayrat'ın futbolçusu Qarabağ'la oyundan öncə sıraya döndü

UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"ın qonağı olacaq Qazaxıstanın "Kayrat" klubunun futbolçusu Yatsek Quralski sıraya dönüb.

Corner.az  yerli mətbuata istinadən xəbər verir ki, uzun müdət yaşıl meydanlardan kənarda qalan 29 yaşlı yarımmüdafiəçi zədəsini tam sağaldıb.

Fevralda diz bağları qopan polşalı oyunçu Almatı təmsilçisi ilə məşqlərə start verib. Onun qarşıdakı görüşlərdə iştirak edə biləcəyi bildirilib.

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlayacaq.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda