22 sentyabr 2026. Çərşənbə axşamı

Qarabağ'ın rəqibindən səfərdə inamlı qələbə


Qarabağ'ın rəqibindən səfərdə inamlı qələbə

Futbol üzrə Qazaxıstan çempionatında 23-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Avropa Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Kayrat” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Aktobe”nin qonağı olub. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb – 2:1.

“Kayrat” bu qələbədən sonra 47 xalla 14 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

“Qarabağ”la “Kayrat” qrupda ardıcıl – 3 və 4-cü turlarda qarşılaşacaq. İlk oyun oktyabrın 21-də, ikinci oyun noyabrın 4-də keçiriləcək.







Konfrans liqası

“Xetafe” və “Reyncers”dən qələbə
  • Konfrans liqası
  • 02:11 21.08.2026
“Xetafe” və “Reyncers”dən qələbə