- Konfrans liqası
- 10:00 01.10.2024
"Balanslı qrupdayıq, "Qarabağ" və "Kayrat"la görüşlərimizdə daha çox xal yığa bilərdik. Çempionat bizim prioritetimizdir, lakin avrokuboklarda iştirak xatirinə çıxış edə bilmərik".
Corner.az-ın məlumatına görə, bunu Kipr "Omoniya"sının baş məşqçisi Henninq Berq komandasının UEFA Konfrans Liqasındakı şanslarını dəyərləndirərkən deyib. 52 yaşlı mütəxəssis bildirib ki, istənilən rəqibə qalib gəlməyə qadirdirlər: "Mərhələ adlamaq üçün real şanslarımızın olub-olmadığını demək çətindir. "Bazel" və "Qarabağ" hər il avrokuboklarda çıxış edir. Püşkatma vaxtı biz dördüncü səbətdə yer almışdıq. Oyundan-oyuna artırmalıyıq. Gec-tez qalib gələcəyik. Yüksəliş və enişlərimiz olacaq, amma çətinliklərimizi dəf etmək üçün yola çıxmışıq".
Norveçli baş məşqçi İyayi Atyemvenin "Apollon"a 1:0 hesabı ilə qalib gəldikləri Kipr çempionatının VI tur matçının 39-cu dəqiqəsində əvəzlənməsinə verdiyi reaksiya barədə də danışıb: "Mən onun məyusluğunu başa düşürəm. Lakin meydandan çıxdıqda su qabına zərbə endirməsi lazımsız idi".
Qeyd edək ki, Konfrans Liqasının ilk turunda Qazaxıstanda "Kayrat"la qol heç-heçə etmiş "Omoniya" Kiprdə "Qarabağ"a 1:4 hesabı ilə uduzub.