5 may 2026. Çərşənbə axşamı

Qarabağ'ın rəqibindən qələbə


Qarabağ'ın rəqibindən qələbə

Futbol üzrə Kipr çempionatında 6-cı turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Omoniya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Apollon”u qəbul edib. “Qarabağ”ın rəqibi bu oyunda minimal hesablı qələbə qazanıb – 1:0.

“Omoniya” 6 turdan sonra 7 xalla 12 kollektiv arasında 7-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.

“Qarabağ” “Omoniya”ya qarşı səfərdə keçirdiyi ilk oyundan 4:1 hesablı qələbə ilə ayrılıb. Bu komandaların ikinci qarşılaşması isə noyabrın 25-də Bakıda baş tutacaq.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi