7 noyabr 2026. Şənbə

Qarabağ'a məğlubiyyətə görə çox tənqid olunduq


Qarabağ'a məğlubiyyətə görə çox tənqid olunduq

Şotlandiyanın "Aberdin" klubunun prezidenti Deyv Kormak "Qarabağ"a qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off oyunlarını yada salıb.

Corner.az-ın məlumatına görə, 61 yaşlı funksioner yerli mətbuata açıqlamasında Ağdam təmsilçisinə məğlubiyyətə görə çox tənqid olunduqlarını söyləyib.

O komandanın qısa müddətdə avrokubokların qrup mərhələsinə vəsiqə qazanmasını gözləməyin düzgün olmadığını bildirib: "Azərbaycan təmsilçisi ilə matçlara görə bizi qınayanlar çox oldu. Amma nəzərə almaq lazımdır ki, "Aberdin" 14 ildən sonra ilk dəfə avrokubokların pley-off mərhələsində çıxış edirdi. Heç kim komandanın 1 gecənin içində qruplara qalacağına söz verməmişdi".

Qeyd edək ki, Bakıdakı ilk oyunda "Aberdin"i 1:0 hesabı ilə məğlub edən "Qarabağ" cavab matçında inamlı qələbə qazanmışdı - 3:1.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi