18 mart 2026. Çərşənbə

Qarabağ'ın rəqibi ingiltərəli milyarderə satılıb


Qarabağ'ın rəqibi ingiltərəli milyarderə satılıb

Kiprin "Omoniya" klubu İngiltərədə yaşayan milyarder Con Xristoduluya satılıb.

Corner.az-ın "Financial Mirror" nəşrinə istinadən məlumatına görə, kiprli biznesmen hazırkı investor Stavros Papastavruya 28 milyon avro ödəyib. Artıq bu barədə UEFA da məlumatlandırılıb.

Papastavru klubu 2018-ci ildə maliyyə böhranından xilas edib.

Qeyd edək ki, "Omoniya" UEFA Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindəndir. İki komanda arasında Kiprdə keçirilmiş görüş Azərbaycan təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. Yerli çempionatda isə "Omonniya" 7-ci yerdə gedir.







Konfrans liqası

"Samsunspor" Konfrans Liqasında tarix yazdı
  • Konfrans liqası
  • 00:08 27.02.2026
"Samsunspor" Konfrans Liqasında tarix yazdı