5 dekabr 2025. Cümə

Yaxşı nəticəyə köklənmişik - Qarabağ'ın legioneri


Yaxşı nəticəyə köklənmişik - Qarabağ'ın legioneri

"Bizim üçün önəmli oyundur. Matça hazır olduğumuzu düşünürəm. Qrupa yaxşı başlamışıq. Evdə nəticə qazanmaq istəyirik. Rəqib yaxşı kollektivdir, amma istənilən halda doğma meydanda oynayırıq və yaxşı nəticəyə köklənmişik".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Abdulla Zubir Qazaxıstanın "Kayrat" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib.

29 yaşlı oyunçu bu turnirin başqa səviyyədə olduğunu söyləyib: "Hər oyunda effektiv olmağa çalışıram. Sabah da belə olacaq. Çalışacağam ki, komandaya kömək edim. Əlimdən gələni edirəm ki, komandaya xeyirim dəysin".

Fransalı yarımmüdafiəçi təsnifat mərhələsində meydanın ot örtüyünün yaxşı vəziyyətdə olmadığını vurğulayıb: "Amma burada oyunumuzdan daha çox məmnunuq. Çünki azarkeşlər stadiona daha yaxındır".







Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü