5 dekabr 2025. Cümə

Almatıya müsbət nəticə ilə qayıtmaq istəyirik


Almatıya müsbət nəticə ilə qayıtmaq istəyirik

"Qarabağ" təcrübəli komandadır. Sabahkı oyundan sonra Almatıya müsbət nəticə ilə qayıtmaq istəyirik".

Corner.az-ın məlumatına görə, bu fikirləri Qazaxıstanın "Kayrat" klubunun belaruslu futbolçusu Denis Polyakov Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin lll tur oyunundan əvvəl mətbuat konfransında deyib.

30 yaşlı müdafiəçi futbolun komanda oyunu olduğunu bildirib: "Rəqibin yaxşı hücum xəttinə malik olduğunu bilirik. "Qarabağ" yaxşı təşkilatlanmış kollektivdir".

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlanacaq.







Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü