7 noyabr 2026. Şənbə

İspaniyalı mütəxəssis: Qarabağ oyunun favoritidir


İspaniyalı mütəxəssis: Qarabağ oyunun favoritidir

Qazaxıstanın “Kayrat” komandasının keçmiş baş məşqçisi Karlos Alos Ferrer Konfrans Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Kayrat” matçıyla bağlı fikirlərini bildirib.

Corner.az “bookmaker-ratings.kz” saytına istinadən xəbər verir ki, ispan mütəxəssis, “Qarabağ”ı matçın favoriti adlandırıb:

“Qarabağ” oyunun favoritidir. Evdə oynayırlar və Avropada yaxşı təcrübəyə sahibdirlər. Buna görə “Kayrat” daha rahat oynayacaq.

“Kayrat”in qələbə şansları var. Şansları faizlə dəyərləndirsək, bu rəqəm “Qarabağ”da 60, “Kayrat”da isə 40-dır. “Kayrat” bu matçda yaxşı nəticə əldə edə bilər. “Qarabağ” topla daha çox oynayan komandadır. Qazaxlar buna hazır olmalıdır.

Hər zaman keçmiş komandalarımı dəstəkləmişəm. Ümid edirəm ki, “Kayrat” 2:1 hesablı qələbə qazana biləcək. Amma bu, heç də asan olmayacaq”.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi