15 dekabr 2025. Bazar ertəsi

Qarabağ'ın legioneri sıradan çıxdı


Qarabağ'ın legioneri sıradan çıxdı
"Qarabağ” Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində Qazaxıstanın “Kayrat” komandasına qarşı keçirəcəyi oyundan öncə daha bir futbolçusunun xidmətindən məhrum olub. Corner.az xəbər verir ki, Ağdam təmsilçisinin legioneri Qaspar Panadero zədələnib.
 
23 yaşlı  yarımmüdafiəçi əzələsini dartdığına görə bir neçə həftə komandasına kömək edə bilməyəcək. Bu üzdən ispaniyalı futbolçu adı bu gün keçiriləcək “Kayrat”la görüşün iştirak ərizəsinə də daxil edilməyib.
 
“Qarabağ”ın heyətində Xayme Romero, Bədavi Hüseynov və Elvin Cəfərquliyev də zədə səbəbindən uzun müddətdir komandaya kömək edə bilmir






Konfrans liqası