5 may 2026. Çərşənbə axşamı

Qarabağ'dan Kayrat üzərində əzmkar qələbə


Qarabağ'dan Kayrat üzərində əzmkar qələbə

Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ” bu gün Konfrans Liqasında növbəti matçına çıxıb.

Corner.az xəbər verir ki, Ağdam klubu bu turnirin qrup mərhələsinin 3-cü turu çərçivəsində Qazaxıstan “Kayrat”ı ilə üz-üzə gəlib.

İlk iki görüşdə 4 xal toplayan Azərbaycan təmsilçisi cari mövsümdə nə Premyer Liqada, nə də avrokuboklarda məğlubiyyətlə üzləşib. 

Görüşdə hesabı qonaqlar açsa da, sonadək mübarizə aparan Ağdam təmsilçisi əzmkar qələbə qazanıb.

H qrupunun digər oyununda “Omoniya” (Kipr) “Bazel”in (İsveçrə) qonağı olacaq.

Avropa Konfrans Liqası
H qrupu

21 oktyabr

“Qarabağ” – “Kayrat” 2:1
Qol: R.Şeydayev, 79. A.Hüseynov, 90+1 – X.Kante, 19-pen.
Baş hakim: Yevgeni Aranovski (Ukrayna).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi