18 mart 2026. Çərşənbə

Qarabağ 5 ildən sonra avrokubok matçında bunu bacardı


Qarabağ 5 ildən sonra avrokubok matçında bunu bacardı

UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda Qazaxıstan "Kayrat"ına qalib gələn "Qarabağ" uğursuz seriyaya son qoyub.

Corner.az-ın məlumatına görə, Ağdam təmsilçisi 5 ildən sonra avrokubokların qrupunda ev qələbəsi qazanıb. Qurban Qurbanovun yetirmələri buna öz meydanındakı 15-ci matçında nail olub.

"Köhlən atlar" sonuncu dəfə doğma meydanda 2016/2017 mövsümündə Avropa Liqasının qrup mərhələsində Yunanıstan PAOK-unu 2:0 hesabı ilə məğlub etmişdi. Həmin qarşılaşma 2016-cı il oktyabrın 20-də baş tutmuşdu.

Qeyd edək ki, "Qarabağ" - "Kayrat" görüşü Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.







Konfrans liqası

"Samsunspor" Konfrans Liqasında tarix yazdı
  • Konfrans liqası
  • 00:08 27.02.2026
"Samsunspor" Konfrans Liqasında tarix yazdı