22 iyun 2026. Bazar ertəsi

UEFA Qarabağ'ın əzmkar qələbəsi ilə bağlı paylaşım etdi - FOTO


UEFA Qarabağ'ın əzmkar qələbəsi ilə bağlı paylaşım etdi - FOTO
UEFA Konfrans Liqasının rəsmi “Tvitter” səhifəsi “Qarabağ”la bağlı növbəti dəfə paylaşım edib.

Corner.az xəbər verir ki, turnirin sosial şəbəkə hesabında Ağdam klubunun Bakıda Qazaxıstan “Kayrat”ına 2:1 hesabı ilə qalib gəldiyi matçdan fotolar yayımlanıb.
 
"Son dəqiqədə qalib gəlmək, bax, budur" başlıqlı paylaşımda "köhlən atlar"ın H qrupunda məğlub olmaması vurğulanıb. Həmçinin komandanın qrupu neçənçi pillədə bitirməsi ilə bağlı sorğu yerləşdirilib.
 
"Qarabağ" 3 oyundan sonra 7 xalla hələlik turnir cədvəlinə başçılıq edir.




 







Konfrans liqası