23 oktyabr 2024. Çərşənbə

Konfrans Liqasında gecənin nəticələri


Konfrans Liqasında gecənin nəticələri

Avropa Konfrans Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə keçirilib.

H qrupunda yer alan Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” Bakıda Qazaxıstan “Kayrat”ını qəbul edib və əzmkar qələbə qazanıb. Bu qrupun digər görüşündə Kipr “Omoniya”sı İsveçrədə “Bazel”in qonağı olub. Bu oyun da meydan sahiblərinin qalib gəlib.

Turnirin əsas favoritlərindən olan “Roma” Norveçdə “Bodo Qlimt”lə üz-üzə gəlib və biabırçı hesabla uduzub. “Tottenhem” isə Niderlandda “Vitess”in qonağı olub bu oyunda meydan sahibləri minimal hesabla qalib gəlib.

Avropa Konfrans Liqası
Qrup mərhələsi, 3-cü tur
21 oktyabr

A qrupu

HJK (Finlandiya) – “Makkabi” (Təl-Əviv, İsrail) 0:5
Qol: Kanixovski, 28; 60. Periça, 49-pen. Saborit, 87. Şamir, 90+4.

“Alaşkert” (Ermənistan) – LASK (Avstriya) 0:3
Qol: Honq, 35. Qoyqinger, 568. Mixorl, 90+2.

Xal durumu: Makkabi – 7, LASK – 7, HJK – 3, Alaşkert – 0.

B qrupu

“Anortosis” (Kipr) – “Flora” (Estoniya) 2:2
Qol: Deletiç, 25. Popoviç, 28 – Sappinen, 38; 80.

“Partizan” (Serbiya) – “Gent” (Belçika) 0:1
Qol: Kums, 59.

Xal durumu: Gent – 9, Partizan – 6, Flora – 1, Anortosis – 1.

C qrupu

“Bodo Qlimt” (Norveç) – “Roma” (İtaliya) 6:1
Qol: Botheym, 8; 52. Berq, 20. Solbakken, 71; 80. Pelleqrino, 78 – K.Peres, 28.

ÇSKA (Sofiya, Bolqarıstan) – “Zarya” (Ukrayna) 0:1
Qol: Səyyadmaneş, 65.

Xal durumu: Bodo Qlimt – 7, Roma – 6, Zarya – 3, ÇSKA – 1.

D qrupu

ÇFR (Kluj, Rumıniya) – Alkmaar (Niderland) 0:1
Qol: Karlsson, 18.

“Yablonets” (Çexiya) – “Randers” (Danimarka) 2:2
Qol: Çvançara, 35; 53 – Odey, 36; 90-pen.

Xal durumu: Alkmaar – 7, Yablonets – 4, Randers – 3, ÇFR – 1.

E qrupu

“Feyenoord” (Niderland) – “Union Berlin” (Almaniya) 3:1
Qol: Cahanbaxş, 11. Linssen, 29. Sinisterra, 76 – Avoniyi, 35.

“Makkabi” (Hayfa, İsrail) – “Slaviya” (Praqa, Çexiya) 1:0
Qol: Donyoh, 24.

Xal durumu: Feyenoord – 7, Makkabi – 4, Slaviya – 3, Union Berlin – 3.

F qrupu

“Kopenhagen” (Danimarka) – PAOK (Yunanıstan) 1:2
Qol: Byel, 80 – Sidkley, 19. Jivkoviç, 38.

“Slovan” (Bratislava, Slovakiya) – “Linkoln” (Cəbəllütariq) 2:0
Qol: Qrin, 46. Henti, 84.

Xal durumu: PAOK – 7, Kopenhagen – 6, Slovan – 4, Linkoln – 0.

G qrupu

“Vitess” (Niderland) – “Tottenhem” (İngiltərə) 1:0
Qol: Vittek, 78.

“Mura” (Sloveniya) – “Renn” (Fransa) 1:2
Qol: Lotriç, 20 – Jirassi, 17-pen. Labord, 41.

Xal durumu: Renn – 7, Vitess – 6, Tottenhem – 4, Mura – 0.

H qrupu

“Qarabağ” (Azərbaycan) – “Kayrat” (Qazaxıstan) 2:1
Qol: R.Şeydayev, 79. A.Hüseynov, 90+1 – X.Kante, 19-pen.

“Bazel” (İsveçrə) – “Omoniya” (Kipr) 3:1
Qol: Milyar, 19. Artur, 41-pen. Jeqrova, 88 – Qomes, 27.

Xal durumu: Bazel – 7, Qarabağ – 7, Kayrat – 1, Omoniya – 1.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda