23 oktyabr 2024. Çərşənbə

Kayrat'ı Bakıdan aparan təyyarə qəzaya uğrayıb


Kayrat'ı Bakıdan aparan təyyarə qəzaya uğrayıb

Qazaxıstanın "Kayrat" komandasını Bakıdan aparan təyyarə qəzaya uğrayıb.

Corner.az-ın Sports.ru-ya istinadən məlumatına görə, fövqəladə hadisə Almatı beynəlxalq aeroportunda baş verib. "FlyJet" aviaşirkətinə məxsus təyyarə "Renault" avtomobili ilə toqquşub.

Hadisənin təfərrüatları öyrənilir. Faktla əlaqədar Hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi qaldırılıb, istintaq araşdırmaları aparılır.

Qeyd edək ki, oktyabrın 21-də "Kayrat" Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur matçında "Qarabağ"ın qonağı olub. Görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda