30 aprel 2026. Cümə axşamı

Qarabağ Konfrans Liqasında topa ən çox nəzarət edən komandadır


Qarabağ Konfrans Liqasında topa ən çox nəzarət edən komandadır

UEFA Konfrans Liqasının qrup mərhələsinin lII turundan sonra statistik göstəricilər açıqlanıb.

Corner.az-ın məlumatına görə, "Qarabağ" 3 oyundan sonra turnirdə topa ən çox nəzarət edən klubdur.

Ağdam təmsilçisi 64 faiz göstərici ilə bu nominasiyada liderdir.

Niderlandın AZ (59.7) komandası ikinci, Çexiyanın "Slaviya" (Praqa) (58,7) klubu isə üçüncü sıradır.

Bundan əlavə, "köhlən-atlar" 3 qarşılaşmada 84,7 faiz dəqiq ötürmə ilə oynayıb. Qurban Qurbanovun baş məşqçi olduğu komanda bu göstəricidə 5-cidir.

Azərbaycan təmsilçisi bütün görüşlərdə 54 dəfə qol epizodu yaradıb ki, bu da turnirdəki komandalar arasında 3-cü nəticədir.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi