23 oktyabr 2024. Çərşənbə

Hamımız şoka düşmüşdük - Kayrat'ın futbolçusu


Hamımız şoka düşmüşdük - Kayrat'ın futbolçusu

"İnsidentin necə baş verdiyini özümüz də bilmədik. Aeroporta eniş etdik, hər şey yaxşı idi. Sonra təyyarə maşına dəydi, güclü zərbə hiss etdik".

Corner.az-ın məlumatına görə, bunu Qazaxıstan "Kayrat"ının futbolçusu Rade Duqaliç Bakıda "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra komandanı Almatıya aparan təyyarənin qəzaya uğraması barədə "bookmaker-ratings.ru" saytına müsahibəsində deyib.

Serbiyalı müdafiəçi oyunçuların hadisəyə normal reaksiya verdiklərini bildirib: "Amma şoka düşmüşdük. Uçuş zolağında necə maşın sürmək olar? Şükürlər olsun ki, hamı salamatdır. Heç kim xəsarət almayıb. Hadisə səhər baş verib. Hər kəs yatmışdı. Amma zərbənin təsirindən hamı dərhal oyandı (gülür)".

29 yaşlı oyunçu qəza zamanı elə də çox qorxmadığını sözlərini də əlavə edib: "Sadəcə, hamı üçün gözlənilməz oldu. Təsəvvür edin, təyyarə dayanacağa gedir və maşına çırpılır".

Qeyd edək ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matçda "Kayrat"a 2:1 hesabı ilə qalib gəlib.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda