23 oktyabr 2024. Çərşənbə

Avropa Liqası və Konfrans Liqasında həftənin futbolçusu açıqlandı


Avropa Liqası və Konfrans Liqasında həftənin futbolçusu açıqlandı

UEFA Avropa Liqasında qrup mərhələsinin III turunun oyunlarından sonra həftənin futbolçusu açıqlanıb.

Corner.az-ın məlumatına görə, bu ada İngiltərə "Lester"inin hücumçusu Patson Daka layiq görülüb.

Zambiyalı futbolçu Rusiyada Moskva "Spartak"ına 4:3 hesabı ilə qalib gəldikləri matçda poker edib.

Konfrans Liqasında isə Norveçin "Budyo Qlimt" klubunun hücumçusu Erik Botheym həftənin oyunçusu seçilib. 21 yaşlı forvard evdə  "Roma"nı 6:1 hesabı ilə darmadğaın etdikləri matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda