- Konfrans liqası
- 02:04 08.11.2024
"Qarabağ"ın 2 futbolçusu UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur matçlarından sonra ən yaxşı oyunçuların sırasına düşüb.
Corner.az-ın məlumatına görə, kolumbiyalı müdafiəçi Kevin Medina ən çox dəqiq ötürmə verən futbolçular arasında ilk "3-lük"də qərarlaşıb. 28 yaşlı arxa xətt oyunçusu Bakıda Qazaxıstan "Kayrat"ına 2:1 hesabı ilə qalib gəldikləri görüşdə 79 dəqiq ötürmə müəllifi olub. O, bu göstərici ilə yalnız İsrailin "Makkabi" (Təl-Əviv) klubunun futbolçusu Luis Ernandesdən (99) geri qalıb.
Bundan başqa, təcrübəli müdafiəçi oyun ərzində rəqibin hücumları zamanı 13 dəfə ötürmələrin qarşısını kəsib. Medina bu göstərici üzrə 2-dir.
Ağdam klubunun fransalı yarımmüdafiəçisi Abdullah Zubir isə "Kayrat"la matçda 5 dəfə təhlükəli cinah reydi ilə yadda qalıb ki, bu da onun ən yaxşı 6 futbolçu arasında yer almasına səbəb olub.