23 oktyabr 2024. Çərşənbə

Qarabağ'ın rəqibi səfərdən xalsız döndü


Qarabağ'ın rəqibi səfərdən xalsız döndü

Futbol üzrə Kipr çempionatında 7-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Omoniya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Paeek”in qonağı olub. “Qarabağ”ın rəqibi bu oyunda minimal hesabla məğlub olub – 0:1.

“Omoniya” 7 turdan sonra 7 xalla 12 kollektiv arasında 9-cu pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.

“Qarabağ” “Omoniya”ya qarşı səfərdə keçirdiyi ilk oyundan 4:1 hesablı qələbə ilə ayrılıb. Bu komandaların ikinci qarşılaşması isə noyabrın 25-də Bakıda baş tutacaq.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda