23 noyabr 2024. Şənbə

Omoniya rəsmisinin evinin qarşısında partlayış oldu


Omoniya rəsmisinin evinin qarşısında partlayış oldu

"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kiprin "Omoniya" komandasının vitse-prezidenti Dmitris Qriqoris hücuma məruz qalıb.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə funksionerin ailəsi ilə birlikdə yaşadğı evin qarşısında baş verib.

Naməlum şəxs klub rəsmisinin evinin girişində benzinlə dolu qabı alışdırıb. Daha sonra güclü partlayış olub və evin hasarı ciddi zədələnib. Xoşbəxtlikdən, Qriqoris və ailəsində xəsarət alan olmayıb.

Hadisəni törədənin kimliyi, hansı səbəbdən etməsi ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Qarabağ" H qrupundakı ikinci oyununu "Omoniya"ya qarşı keçirib. Nikosiyadakı görüş Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.







Konfrans liqası