7 noyabr 2026. Şənbə

Qarabağ'ın rəqibi yarımfinala vəsiqə qazanıb


Qarabağ'ın rəqibi yarımfinala vəsiqə qazanıb

"Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Kayrat” növbəti oyununa çıxıb.

Corner.az xəbər verir ki, Kurban Berdıyevin komandası Qazaxıstan Kubokunun 1/4 finalında “Kaysar”la cavab matçını keçirib.

İlk görüşdə doğma meydanda 3:0 hesablı qələbə qazanan Almatı təmsilçisi səfərdə də bu rəqibini məğlub edib – 2:0. Qolları 76-cı dəqiqədə Vaqner Lav, 88-ci dəqiqədə isə Artur Şuşenaçev vurublar.

“Kayrat” yarımfinalda “Astana” ilə üz-üzə gələcək.

Qazaxıstan təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda “Qarabağ”a 1:2 hesabı ilə uduzub. Komandalar arasında növbəti görüş noyabrın 4-də Almatıda gerçəkləşəcək.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi