5 dekabr 2025. Cümə

Qazaxıstanda çempion bilindi - Qarabağ'ın rəqibi 3-cü oldu


Qazaxıstanda çempion bilindi - Qarabağ'ın rəqibi 3-cü oldu

Futbol üzrə Qazaxıstan çempionatında mövsüm başa çatıb.

Corner.az xəbər verir ki, sonuncu turda “Tobol” səfərdə “Akjayık”ın qonağı olub. Rəqibinə 2:0 hesabı ilə qalib gələn qonaqlar xallarının sayını 61-ə çatdıraraq, mövsümü ilk pillədə başa vurublar. Beləliklə, “Tobol” tarixində ikinci dəfə Qazaxıstan çempionu olub.

Sonuncu turda “Turan”la 1:1 hesablı heç-heçə edən “Astana” 57 xalla ikinci, “Jetısu” ilə qolsuz bərabərə qalan “Kayrat” isə 51 xalla üçüncü yeri tutub.

“Kayrat” UEFA Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”ı qəbul edəcək. Bakıda keçirilən ilk oyunda “köhlən atlar” “Kayrat”ı 2:1 hesabı ilə məğlub edib.







Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü