5 dekabr 2025. Cümə

Qarabağ'dan Kayrat'la oyunu izləmək istəyən azarkeşlərə MÜRACİƏT


Qarabağ'dan Kayrat'la oyunu izləmək istəyən azarkeşlərə MÜRACİƏT

"Qarabağ" klubu Qazaxıstanda "Kayrat"a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin IV tur oyununu izləmək istəyən azərbaycanlı azarkeşlərə müraciət edib.

Corner.az xəbər verir ki, Azərbaycan təmsilçisi öz fanatları üçün 26 - 28-ci sektorların ayrıldığını açıqlayıb.

Ağdam klubu tərəfdarlarından, bilet alarkən bunu nəzərə almalarını xahiş edib. Biletlərin qiyməti 2 min tenge (8 manat) təşkil edir.

Qeyd edək ki, noyabrın 4-də keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.







Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü