5 may 2026. Çərşənbə axşamı

Kayrat - Qarabağ oyunu onlara tapşırıldı


Kayrat - Qarabağ oyunu onlara tapşırıldı

UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda Qazaxıstanda "Kayrat" və "Qarabağ" komandaları arasında keçiriləcək oyunun hakimləri bəlli olub.

Corner.az-ın məlumatına görə, qarşılaşma Moldovadan olan hakimlər briqadasına tapşırılıb.

Referi Dumitri Muntyana Andrey Bodyan və Viktor Mardari laynsmanlar qismində kömək edəcəklər.

Dördüncü hakim funksiyasını isə Vyaceslav Banari yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 4-də Almatı şəhərindəki "Ortalık" stadionunda keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi