5 dekabr 2025. Cümə

Kayrat'la oyunda hər şeyə hazırıq - Qarabağ'ın kapitanı


Kayrat'la oyunda hər şeyə hazırıq - Qarabağ'ın kapitanı

"Düşünürəm ki, "Kayrat"la Bakıdakı oyunumuz maraqlı alındı. Komandalar eyni səviyyədə olduğundan bu cür matçlarda az səhv buraxan tərəf 3 xal götürür. Həmin vaxt bizim günümüz idi və vacib qələbə qazandıq".

Corner.az-ın məlumatına görə, bunu "Qarabağ"ın kapitanı Maksim Medvedev Qazaxıstanda "Kayrat" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə "sports.kz" saytına müsahibəsində deyib.

32 yaşlı müdafiəçi bildirib ki, Almatı təmsilçisi intizamlı komandadır: "Komandanın öz fəlsəfəsi və oyun üslubunun olduğu görünür. İlk oyunda bir neçə qol epizodu yaratdılar. Ümumiyyətlə, "Kayrat" nəzarətsiz qalanda çox təhlükəli olur. Təkcə ilk hissədə deyil, bütün oyun ərzində bizim üçün çətinlik yaratdılar. Amma onları dayandıra bildik. Eyni zamanda, öz qol vəziyyətlərimizi yaratdıq".

Təcrübəli futbolçu Konfrans Liqasının matçı ilə çempionat görüşü arasında fərq olduğunu vurğulayıb: "Bunlar tamam başqa qarşılaşmalardır. Burada oyuna müəyyən hazırlıq olur. Avrokubok matçından əvvəl baxmırıq ki, çempionatda qalib gəlmişik, yoxsa uduzmuşuq. Meydana öz işimizi görməyə çıxır, əlimizdən gələni edirik. 

Azərbaycan millisinin üzvü səfərdə oynayacaqları oyunda rəqibin daha çox yerli azarkeşlərdən dəstək alacağı sözlərini də əlavə edib : "Amma oyunlarımızı analiz edəndə görürük ki, biz ən yaxşı matçlarımızı məhz səfərdə keçiririk. Belədə daha böyük motivasiyamız olur. Aqressiyaya və digər hər şeyə hazırıq. Artıq bununla bağlı böyük təcrübəmiz var".

Qeyd edək ki, noyabrın 4-də Almatı şəhərindəki "Ortalık" stadionunda keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.







Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü