29 yanvar 2026. Cümə axşamı

Kurban Berdıyev: Qarabağ'la oyun həlledici olacaq


Kurban Berdıyev: Qarabağ'la oyun həlledici olacaq

"Konfrans Liqası və Qazaxıstan Kubokunu ayırmırıq. Bütün oyunlar bizim üçün vacibdir. Hər iki turnirdə qalib gəlmək istəyirik".

Corner.az xəbər verir ki, bu fikirləri Qazaxıstanın "Kayrat" klubunun baş məşqçisi Kurban Berdıyev "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis sabahkı görüşün komandasının pley-offa vəsiqə şansları baxımından həlledici olacağını bildirib: "Qarabağ"la Bakıdakı görüşün ilk yarısında olduğu kimi bütün 90 dəqiqəni oynasaq, müsbət nəticəyə nail ola biləcəyik. Komandamızın çıxışında müsbət dəyişikliklər görürəm. Lakin zonalar arasında tarazlığa nail olmalıyıq".

Türkmənistanlı mütəxəssis polşalı yarımmüdafiəçi Yatsek Quralskinin hələ tam formada olmadığını vurğulayıb. O, Quralskinin bütün matç ərzində meydanda ola bilməyəcəyini deyib: "Oyunun gedişatına və onun bizə nə qədər faydalı olmasına baxacağıq".

Berdıyev Bakıya gəlməyən erməni cinah yarımmüdafiəçisi Kamo Ohanesyanın Almatıda meydana çıxma ehtimalına da toxunub: "Qarabağ"ın sol cinahı çox güclüdür. Bu, hücumun təhlükəli istiqamətidir. Həmin cinahda oynamaq bizim üçün ağır idi. Görək sabah Ohanesyan start heyətdə oynayacaqmı"?

Qeyd edək ki, noyabrın 4-də Almatı şəhərindəki "Ortalık" stadionunda keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.







Konfrans liqası