5 may 2026. Çərşənbə axşamı

Hava şəraiti Qarabağ'la oyuna mane olmamalıdı


Hava şəraiti Qarabağ'la oyuna mane olmamalıdı

"Hava şəraiti oyuna mane olmamalıdır".

Corner.az xəbər verir ki, bunu Qazaxıstanın "Kayrat" klubunun futbolçusu Rade Duqaliç "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında deyib.

29 yaşlı müdafiəçi Almatının soyuğuna artıq öyrəşdiklərini vurğulayıb: "Bu, futbol üçün normal haldır. Fikrimcə, qorxulu heç nə yoxdur. Hamı bizə azarkeşlik etməyə gəlsə, tribunlar və meydan isti olacaq".

Qeyd edək ki, noyabrın 4-də Almatı şəhərindəki "Ortalık" stadionunda keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi