- Konfrans liqası
- 05:40 13.03.2026
"Daha ciddi və möhkəm olmalıyıq. İnanıram ki, meydanda yaxşı mübarizə və yaxşı futbol olacaq".
Corner.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Qazaxıstanda "Kayrat"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin 4-cü tur oyunundan əvvəl mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis avrokuboklarda məğlubiyyətsizlik seriyasını öz üçün xoş hal hesab etsə də, bunun müəyyən narahatlıq yaratdığını vurğulayıb: "Bu seriyanı davam etdirmək istəyirik. Amma hər uğurlu nəticənin bir sonu olur. Bu gün ümumiyyətlə bu barədə düşünmürük. Turnirdəki hər oyuna maksimum hazırlaşır, maksimum motivə olmağa çalışırıq. İnanıram ki, sabah bu seriyanı yox, oyunun vacibliyini düşünərək meydana çıxacağıq. Deməzdim ki, burada hansısa gizli nəsə var. Amma hər halda bu xoşdur. Məğlubiyyətsizlik seriyasını davam etdirə biliriksə, deməli, daha ciddi hazırlaşmışıq. Bütün fikrimiz və diqqətimiz sabah meydanda ən yaxşısını etməkdir. Oyunçuları meydana ən yaxşı formada çıxarmaq niyyətindəyik".