23 oktyabr 2024. Çərşənbə

Kayrat'ı ciddiyə almamaq üçün səbəb yoxdur


Kayrat'ı ciddiyə almamaq üçün səbəb yoxdur

"Hər kəsi salamlayıram. Sabahkı oyun bizim üçün önəmli matçlardan biridir. Komanda olaraq bu görüşə tam hazırıq".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Qazaxıstanda "Kayrat"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin 4-cü tur oyunundan əvvəl mətbuat konfransında deyib.

29 yaşlı yarımmüdafiəçi komandasının çətin mübarizə gözlədiyini bildirib: "Kayrat"ı ciddiyə almamaq üçün səbəb yoxdur. Onları özümüzə yaxşı rəqib sayırıq. Buraya uğurlu nəticə üçün gəlmişik".

Qarayev, avrokuboklardakı məğlubiyyətsiz oyunlar seriyasına da toxunub: "Bu seriyaya görə komanda yoldaşlarıma və baş məşqçimə təşəkkür edirəm. Bunu qoruyub saxlamaq da işimizin bəhrəsidir. Hər zaman doğru olanı etməyə çalışırıq ki, bizə məğlubiyyət gətirməsin. Ona görə də bu prinsipdən əsla vaz keçməyəcəyik. Qələbələrimizin daha çox olmasına çalışacağıq. Amma futbolda hər bir nəticə olur. Əsas odur ki, məğlubiyyətə köklənməmişik. Daim uğur qazanmaq istəyirik".

Qeyd edək ki, noyabrın 4-də Almatı şəhərindəki "Ortalık" stadionunda keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda