23 oktyabr 2024. Çərşənbə

Qarabağ Kayrat'ı səfərdə də məğlub etdi


Qarabağ Kayrat'ı səfərdə də məğlub etdi

"Qarabağ” bu gün Avropa Konfrans Liqasında növbəti matçına çıxıb. Corner.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu turnirin qrup mərhələsinin 4-cü turu çərçivəsində “Kayrat”ın qonağı olub.

Qazaxıstan təmsilçisi ilə görüş Almatı şəhərindəki “Ortalık” stadionunda keçirilib. Üç qolun qeydə alındığı görüş Azərbaycan təmsilçisinin tarixi qələbəsiylə başa çatıb.

“Qarabağ” bu nəticədən sonra H qrupunda 10 xalla birincidir. Bu isə Ağdam klubunun böyük ölçüdə növbəti mərhələyə vəsiqə qazandığı anlamına gəlir.

Qrupun digər matçında “Bazel” bu gün “Omoniya”nın qonağı olacaq. İsveçrə təmsilçisi həmin oyunda uduzmasa, “Qarabağ”ın qrupdan çıxması rəsmiləşəcək.

Avropa Konfrans Liqası
H qrupu
4 noyabr

Kayrat (Qazaxıstan) – Qarabağ 1:2
Qol: X.Kante, 68 – İ.Vadji, 58. A.Zubir, 72.
Baş hakim: Dumitru Muntean (Moldova).
Almatı. “Ortalık” stadionu.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda