23 oktyabr 2024. Çərşənbə

Bu, bizim üçün həddindən artıq vacib idi - Qurban Qurbanov


Bu, bizim üçün həddindən artıq vacib idi - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Qazaxıstanda “Kayrat”a 2:1 hesabı ilə qalib gəldikləri matçla bağlı fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, Qurbanov UEFA Konfrans Liqasının qrup oyunundan sonra mətbuat konfransında yaxşı komandaya qalib gəldiklərini deyib:

“Yaxşı komandaya qalib gəldik. Hər iki oyunda meydanda sonadək mübarizə getdi. Bu, bizim üçün həddindən artıq vacib idi. Dünən də demişdim ki, bu dəfə daha yaxşı oynamalıyıq. Hava şəraitinə, meydançanın durumuna, bütün çətinliklərə baxmayaraq, futbolçularım dözdü və qalib gəlmək üçün ən yaxşısını etdilər. Müdafiədə oturmadıq, rəqibin üzərinə getməyə çalışdıq. Çünki onlara oynamaq imkanı verdikdə topla çox yaxşı davranırlar. Maraqlı oyun üslubları var.

Bəzi epizodları çıxmaq şərtiylə, futbolçularımız intizamlı oynadılar və böyük zəfər qazandılar. Rəqibə və çox hörmətli Kurban Berdıyevə uğurlar arzulayıram”.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda