23 oktyabr 2024. Çərşənbə

Qarabağ'dan avrokuboklarda tarixi uğur!


Qarabağ'dan avrokuboklarda tarixi uğur!

"Qarabağ”  Avropa Konfrans Liqasında pley-off mərhələsinə vəsiqəni təmin edib.

Corner.az xəbər verir ki, buna səbəb H qrupunun digər oyununda İsveçrənin “Bazel” komandasının Kiprdə “Omoniya” ilə heç-heçə etməsi olub.

Günün ilk oyununda Qazaxıstanda “Kayrat”a 2:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin qrupda ilk iki pillədən birini tutacağı dəqiqləşib. Hazırda 10 xalla 1-ci pillədə qərarlaşan “köhlən atlar” “Omoniya” (2 xal) və “Kayrat” (1 xal) üçün artıq əlçatmazdır. Azərbaycan təmsilçisi ilə yanaşı, 8 xalı olan “Bazel” də növbəti mərhələyə adlayıb.

Beləliklə, “Qarabağ” avrokuboklarda qrupdan çıxan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Avropa Konfrans Liqasında qrup qalibləri birbaşa 1/8 finala yüksəlirlər. 2-ci yeri tutanlar isə Avropa Liqasında öz qrupunu 3-cü sırada tamamlayan kollektivlərlə pley-off matçları keçirəcəklər.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda