23 oktyabr 2024. Çərşənbə

Konfrans Liqasında gecənin nəticələri


Konfrans Liqasında gecənin nəticələri

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” da növbəti matçına çıxıb. Qurban Qurbanovun komandası Qazaxıstanda “Kayrat”ın qonağı olub və inamlı qələbə qazanıb. Qrupun digər matçında Kipr “Omoniya”sı İsveçrə “Bazel”ini qəbul edib. Bu oyun qalib müəyyənləşməyib. Nəticədə “Qarabağ”la “Bazel”in növbəti mərhələyə vəsiqə qazanması rəsmiləşib.

İtaliyanın “Roma” komandası doğma meydanda Norveç “Bude-Qlimt”ini qəbul edib və xal itkisi ilə üzləşib  Baş məşqçi postuna Antonio Konteni gətirən “Tottenhem”  doğma meydanda Niderlandın “Vitess” komandasını qəbul edib və  çətin qələbə qazanıb..

Avropa Konfrans Liqası
Qrup mərhələsi, 4-cü tur
4 noyabr

A qrupu

Makkabi (Təl-Əviv, İsrail) – HJK (Finlandiya) 3:0
Qol: Kuvas, 22. Linqman, 65-öz qapısına. Hozez, 90+3.

LASK (Avstriya) – Alaşkert (Ermənistan) 2:0
Qol: Nakamura, 12; 87.

Xal durumu: Makkabi – 10, LASK – 10, HJK – 3, Alaşkert – 0.

B qrupu

Flora (Estoniya) – Anortosis (Kipr) 2:2
Qol: Sappinen, 55. Zenyov, 58 – Kristofi, 29. Popoviç, 33.

Gent (Belçika) – Partizan (Serbiya) 1:1
Qol: Tissudali, 80 – Uroseviç, 66.

Xal durumu: Gent – 10, Partizan – 7, Flora – 2, Anortosis – 2.

C qrupu

Zarya (Ukrayna) – ÇSKA (Bolqarıstan) 2:0
Qol: Zahedi, 87. Sayyadmaneş, 90+5.

Roma (İtaliya) – Bodo Qlimt (Norveç) 2:2
Qol: El Şaaravi, 54. İbanes, 84 – Solbakken, 45+1. Botheym, 65.

Xal durumu: Bodo Qlimt – 8, Roma – 7, Zarya – 6, ÇSKA – 1.

D qrupu

Alkmaar (Niderland) – ÇFR (Kluj, Rumıniya) 2:0
Qol: Qudmundsson, 5. Pavlidis, 86.

Randers (Danimarka) – Yablonets (Çexiya) 2:2
Qol: Mistrati, 46. Kubitsa, 53-öz qapısına – Kvankara, 73. Kratoxvil, 83.

Xal durumu: Alkmaar – 10, Yablonets – 5, Randers – 4, ÇFR – 1.

E qrupu

Union Berlin (Almaniya) – Feyenoord (Niderland) 1:2
Qol: Trimmel, 41 – Sinisterra, 15. Dessers, 72.

Slaviya (Çexiya) – Makkabi (Hayfa, İsrail) 1:0
Qol: Kuçta, 49.

Xal durumu: Feyenoord – 10, Slaviya – 6, Makkabi – 4, Union Berlin – 3.

F qrupu

Linkoln (Cəbəllütariq) – Slovan (Slovakiya) 1:4
Qol: Çipolina, 45+3 – Qrin, 17; 25. Çavriç, 67. Mraz, 71.

PAOK (Yunanıstan) – Kopenhagen (Danimarka) 1:2
Qol: Jivkoviç, 8 – Ankersen, 34. Byel, 50.

Xal durumu: Kopenhagen – 9, Slovan – 7, PAOK – 7, Linkoln – 0.

G qrupu

Tottenhem (İngiltərə) – Vitess (Niderland) 3:2
Qol: Son, 15. Lukas, 22. Rasmussen, 28-öz qapısına – Rasmussen, 32. Bero, 39.

Renn (Fransa) – Mura (Sloveniya) 1:0
Qol: Bade, 76.

Xal durumu: Renn – 10, Tottenhem – 7, Vitess – 6, Mura – 0.

H qrupu

Kayrat (Qazaxıstan) – Qarabağ (Azərbaycan) 1:2
Qol: X.Kante, 68 – İ.Vadji, 58. A.Zubir, 72.

Omoniya (Kipr) – Bazel (İsveçrə) 1:1
Qol: Kakulis, 16 – Milyar, 57.

Xal durumu: Qarabağ – 10, Bazel – 8, Omoniya – 2, Kayrat – 1.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda