26 aprel 2026. Bazar günü

Konfrans Liqasında həftənin futbolçusu açıqlandı


Konfrans Liqasında həftənin futbolçusu açıqlandı

Futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Corner.az xəbər verir ki, bu ada Avstriyanın LASK komandasının hücumameylli yarımmüdafiəçisi Keyto Nakamura layiq görülüb.

Yaponiyalı vinger evdə Ermənistan “Alaşkert”inə 2:0 hesabı ilə qalib gəldikləri matçda dubla imza atıb.

21 yaşlı futbolçu səsvermədə “Qarabağ”dan Abdullah Zubiri, Slovakiyanın “Slovan” klubundan Andre Qrini və Norveçin “Bodo Qlimt” komandasından Ola Solbakkeni qabaqlayıb.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi