23 oktyabr 2024. Çərşənbə

Abdullayevin komandası Qarabağ'ın rəqibinə uduzdu


Abdullayevin komandası Qarabağ'ın rəqibinə uduzdu
Kipr çempionatında 9-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Omoniya” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə millimizin üzvü Araz Abdullayevin komandası “Etnikos”un qonağı olub. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb – 2:0.
 
Araz da bu görüşün iştirakçısı olub. O, 66-cı dəqiqədə meydana buraxılıb. “Etnikos” cari mövsümdə keçirdiyi 9 oyunda cəmi 2 dəfə heç-heçə edə bilib və 2 xalla 12 kollektiv arasında sonuncudur.
 
“Omoniya” isə 10 xalla 12 kollektiv arasında 8-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda da bir oyunu var.
 
“Qarabağ” “Omoniya”ya qarşı səfərdə keçirdiyi ilk oyundan 4:1 hesablı qələbə ilə ayrılıb. Bu komandaların ikinci qarşılaşması isə noyabrın 25-də Bakıda baş tutacaq.






Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda