23 oktyabr 2024. Çərşənbə

Qarabağ'ın rəqibi evdə uduzdu


Qarabağ'ın rəqibi evdə uduzdu

Futbol üzrə İsveçrə çempionatında 13-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Bazel” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Sankt Qallen”i qəbul edib. “Qarabağ”ın rəqibi bu oyunda minimal hesabla məğlub olub – 0:1. Bu, “Bazel”in cari mövsümdəki ilk məğlubiyyətidir.

“Bazel” 13 turdan sonra 26 xalla 10 kollektiv arasında zirvədə qərarlaşıb.

“Qarabağ” “Bazel”lə Bakıda baş tutan ilk oyundan qolsuz heç-heçə ilə ayrılıb. Bu komandalar arasındakı ikinci matç dekabrın 10-da İsveçrədə baş tutacaq.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda