5 dekabr 2025. Cümə

Qarabağ'ın xal itirəcəyini düşünmürəm – Bazel'in baş məşqçisi


Qarabağ'ın xal itirəcəyini düşünmürəm – Bazel'in baş məşqçisi

“Qarabağ”ın Konfrans Liqasındakı rəqiblərindən olan “Bazel” komandasının baş məşqçisi Patrik Rahmen açıqlama verib.

Corner.az xəbər verir ki, Rahmen, Konfrans Liqasının qrup mərhələsini 1-ci yerdə bitirmək istədiyini söyləyib:

“Növbəti mərhələyə vəsiqəni təmin etsək belə, Qazaxıstanda qələbə qazanmalıyıq. “Kayrat”la matçda 3 xal qazanmalıyıq. “Qarabağ”ın xal itirəcəyini düşünmürəm. Biz qrupda birinci yeri tutmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik”.

Konfrans Liqasının H qrupunda “Qarabağ” 10 xalla liderdir. “Bazel” 8 xalla ikinci sırada yer alıb. 2 xalı olan “Omoniya” (Kipr) 3-cü, 1 xalı olan “Kayrat” (Qazaxıstan) isə sonuncudur.







Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü