7 noyabr 2026. Şənbə

UEFA Qarabağ'ın hücumçusunu fərqləndirdi - FOTO


UEFA Qarabağ'ın hücumçusunu fərqləndirdi - FOTO

Avropa Konfrans Liqasında çıxış edən klubların 4 futbolçusu UEFA tərəfindən fərqləndirilib.

Corner.az turnirin sosial şəbəkə hesabına istinadən xəbər verir ki, onların arasında “Qarabağ”ın hücumçusu Musa Qurbanlı da var.

19 yaşlı hücumçu ilə yanaşı, Yunanıstan PAOK-undan Yasmin Kurtiç, Norveç “Budo Qlimt”indən Uqo Vetlesen və Ukraynanın “Zarya” (Luqansk) klubundan Şahab Zahedi də fərqləndirilənlər sırasındadır.

UEFA onların təqdimatını bu sualla təqdim edib: “Bu həftəsonu sizi ən çox kim təsirləndirib?”

Xatırladaq ki, Musa Qurbanlı Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Qarabağ”ın “Sumqayıt”a 4:0 hesabı ilə qalib gəldiyi oyunda dubla imza atıb. Yasmin Kurtiç və Uqo Vetlesen də bu həftə iki qol vurub, Şahab Zahedi isə het-trik müəllifi olub.








Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi