7 noyabr 2026. Şənbə

Omoniya'nın daha bir futbolçusu Qarabağ'la oyunu buraxacaq


Omoniya'nın daha bir futbolçusu Qarabağ'la oyunu buraxacaq

Kiprin "Omoniya" klubu Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur matçına daha bir itki ilə çıxacaq.

Corner.az "Balla" nəşrinə istinadən xəbər verir ki, Nikosiya təmsilçisi əsas qapıçısı Fabianonun xidmətindən yararlana bilməyəcək.

IV turda İsveçrə "Bazel"i ilə 1:1 hesablı heç-heçə etdikləri oyunda sıradan çıxan 33 yaşlı qolkiper artıq ili başa vurub.

Qeyd edək ki, noyabrın 25-də keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq. Daha əvvəl Yannis Kusulosun qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşib.

Xatırladaq ki, Ağdam təmsilçisi IV turda Qazaxıstanda "Kayrat"a 2:1 hesabı ilə qalib gəlməklə pley-offa vəsiqəni təmin edib.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi