7 noyabr 2026. Şənbə

Qarabağ'la oyunda zədələnən futbolçu Bakıda meydana çıxa bilər


Qarabağ'la oyunda zədələnən futbolçu Bakıda meydana çıxa bilər

\"Qarabağ\"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kipr \"Omoniya\"sının futbolçusu Erik Botok zədəsini sağaldıb.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, fransalı hücumçu artıq komanda ilə məşqlərə başlayıb.

Evdə Ağdam klubuna 1:4 hesabı ilə məğlub olduqları qrup matçının 26-cı dəqiqəsində zədələnən 34 yaşlı futbolçunun Bakıda \"Qarabağ\" ilə qarşılaşmada meydanda olacağı gözlənilir.

Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək \"Qarabağ\" - \"Omoniya\" görüşü saat 21:45-də başlayacaq. Azərbaycan təmsilçisi artıq pley-offa vəsiqəni təmin edib







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi