29 yanvar 2026. Cümə axşamı

Qarabağ'ın rəqibi Qazaxıstan Kubokunda finala yüksəldi


Qarabağ'ın rəqibi Qazaxıstan Kubokunda finala yüksəldi

"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Kayrat" klubu Qazaxıstan Kubokunda finala yüksəlib.

Corner.az-ın məlumatına görə, Kostanay təmsilçisi yarımfinal mərhələsinin cavab matçında "Astana"nı 3:0 hesabı ilə məğlub edərək həlledici görüşə vəsiqə qazanıb.

Qarşılaşmada hesab 64-cü dəqiqədə avtoqolla açılıb. Meyrambek Kalmırza topu öz qapılarından keçirib. Digər 2 qolu isə 81-ci dəqiqədə Joze Kante və 86-cı dəqiqədə Vaqner Lav vurublar.

Kurban Berdıyevin baş məşqçi olduğu kollektiv yarımfinalın ilk matçında da rəqibini eyni hesabla məğlub etmişdi. Bu komandanın finaldakı rəqibi "Tobol" - "Şaxtyor" (Karaqanda) cütünün qalibi olacaq.

Qeyd edək ki, "Qarabağ" H qrupunda "Kayrat"a qarşı keçirdiyi hər iki görüşdə rəqibini 2:1 hesabı ilə üstələyib.







Konfrans liqası