5 dekabr 2025. Cümə

Qarabağ'la matçda ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq


Qarabağ'la matçda ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq

"Qələbəyə görə sevinirik. Rəqib yaxşı komandadır. Artıq diqqətimizi "Qarabağ"la matça yönəldəcəyik".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Omoniya"nın norveçli baş məşqçisi Henninq Berq evdə "Aris"ə 3:0 hesabı ilə qalib gəldikləri Kipr çempionatının X tur oyunundan sonra mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur görüşü barədə də danışıb: "Hər matça fərqli yanaşırıq. "Qarabağ"la görüşdə ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Heyətdə dəyişikliklər olacaq. Bu, bəzi oyunçular üçün fürsətdir. Onlar o qədər də çox şans əldə etmirlər. Daha sonra APOEL-lə görüşü düşünə bilərik. Hazırda bütün fikrimiz Bakıdakı qarşılaşmadadır".

Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Omoniya" oyunu saat 21:45-də başlayacaq. 4 oyundan sonra 10 xal toplayan Azərbaycan təmsilçisi H qrupunda liderdir və vaxtından əvvəl pley-offa vəsiqəni təmin edib. Kipr klubu isə 2 xalla 3-cü sırada qərarlaşıb.







Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü