29 yanvar 2026. Cümə axşamı

Qarabağ'a uduzmaq heç kimi qane etmədi


Qarabağ'a uduzmaq heç kimi qane etmədi

"Uzun fasilədən sonra meydana qayıtdım. Baş məşqçi mənə 90 dəqiqə şans verdi. Bu, fantastik hiss idi".

Corner.az-ın məlumatına görə, bunu Qazaxıstan "Kayrat"ının futbolçusu Yatsek Quralski evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının qrup oyunu barədə "Super Express" nəşrinə müsahibəsində deyib.

Polşalı yarımmüdafiəçi bildirib ki, sözügedən qarşılaşmada yaxşı oynayıblar: "Təəssüf ki, uduzduq. Əlbəttə, yekun nəticə heç kimi qane etmədi. Buna baxmayaraq, öz oyunumdan razı qaldım. Meydana start heyətində çıxmağım və sonadək oynamağım bərpa prosesinin yaxşı keçdiyini göstərdi. Hazırda əsas işim formamı yaxşılaşdırmaq olmalıdır".

Qeyd edək ki, "Kayrat" Bakıdakı görüşdə də "Qarabağ"a eyni hesabla uduzmuşdu.







Konfrans liqası