5 may 2026. Çərşənbə axşamı

UEFA Qarabağ'ın qapıçısını fərqləndirdi - VİDEO


UEFA Qarabağ'ın qapıçısını fərqləndirdi - VİDEO

UEFA "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə bağlı paylaşım edib.

Corner.az-ın məlumatına görə, Konfrans Liqasının rəsmi tviter səhifəsində 27 yaşlı qolkiperin Qazaxıstanda "Kayrat"a qarşı qrup oyununda komandasını qoldan xilas etdiyi epizodun videosu yayımlanıb.

Paylaşımın başlığına "Şahrudin Məhəmmədəliyevin refleksləri" deyə yazılıb.

"Kayrat" - "Qarabağ" qarşılaşması Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Qeyd edək ki, pley-offa vəsiqəni təmin etmiş "köhlən atlar" H qrupundakı növbəti matçını noyabrın 25-də Bakıda Kipr "Omoniya"sına qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 21:45-də başlanacaq.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi