- Konfrans liqası
- 05:40 13.03.2026
"Bizi ağır oyun gözləyir. İlk görüşdə 4:1 qalib gəlsək də, rəqib çox yaxşı komandadır və çox yaxşı oyunçuları var".
Corner.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Filip Ozobiç evdə Kipr "Omoniya"sına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının V tur matçından əvvəl mətbuat konfransında deyib.
30 yaşlı yarımmüdafiəçi qarşılaşmaya yaxşı hazırlaşdıqlarını və yaxşı oyun göstərməyə çalışacaqlarını bildirib: "Azərbaycan millisi ilə "Qarabağ"dakı çıxışlarımı ayırmaq istərdim. "Sabah "Qarabağ"ın oyunu olacaq. Fikrimcə, hər şey yaxşı olacaq. Heç bir neqativ enerji yoxdur".
Xorvatiyalı oyunçu qrup mərhələsini adlamalarına rəğmən, qarşıdakı iki matçda maksimum nəticəyə nail olmaq istədikləri sözlərini də əlavə edib: "Sonrasının necə olacağına baxacağıq. Əsas məsələ son 2 matça konsentrasiya olunmaqdır".